BAYRAQDAR MEDİA – Aprelin 25-də “WUF13 QHT Koalisiyası” növbəti onlayn görüşü keçirilib. 30-a yaxın xarici təşkilatın iştirakı ilə keçirilən görüşdə əsas mövzu “Urbanizasiya və şəhərsalmada yaşayış məsələləri” olub.
Bu barədə Azərbaycan Milli QHT Forumunun məlumatında qeyd edilib.
Bildirilib ki, “tədbirin moderatoru Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli olub. Şri-Lankanın Lanka Üzvi Kənd Təsərrüfatı Hərəkatının prezidenti Thilak Kariyavasam, Kenyanın “Wote Youth Development Projects” təşkilatının rəhbəri Peter Nqola Oviti, Nigeriyanın Təhsil, Səhiyyə və Sosial İnkişaf üçün Qlobal Liderlik Təşəbbüsləri (GLIEHSD) təşkilatının sədri Emmanuel Esio, Hindistanın Hindistanın UDYAMA təşkilatının sədri Pradeep Mohapatra və digər iştirakçılar urbanizasiya və planlaşdırma barədə fikirlərini bölüşüblər. Onlar 2026-ci ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunu (WUF13) səbirsizliklə gözlədiklərini qeyd ediblər”.
Məlumata görə, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvləri, millət vəkilləri Azər Alllahverənov və Pərvanə Vəliyeva, ekspert Amin Məmmədov görüşdə xarici QHT-lərin Azərbaycanla əlaqədar suallarını cavablandırıblar.
Qərara alınıb ki, görüşlər davam etdirilsin.
İlk şərhi yaza bilərsiniz