Press "Enter" to skip to content

Millət vəkili Pirşağıda vətəndaşların qəbulunu keçirib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayon Pirşağı bələdiyyəsinin inzibati binasında qəsəbə sakinlərinin nğvbəti qəbulunu keçirib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qəbul zamanı vətəndaşlar əsasən məişət şəraitinin yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli təşkili, Pirşağı Mədəniyyət Evinin əsaslı təmiri, bəzi küçələrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və digər vacib məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Qaldırılan bütün məsələlər qeydə alınıb və aidiyyəti qurumlara təqdim olunması üçün müvafiq qaydada sənədləşdirilib.

Deputat Azər Allahverənov əvvəlki qəbulda səslənmiş bəzi müraciətlərin artıq müsbət həllini tapdığını bildirib. O, həmçinin vurğulayıb ki, vətəndaşların problemlərinə həssas yanaşılır, bu istiqamətdə yerli icra hakimiyyəti orqanları və kommunal xidmətlərlə sıx əməkdaşlıq olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.