Press "Enter" to skip to content

Kuklaçıların Ankara səfəri uğurla yekunlaşıb

Kuklaçıların Ankara səfəri uğurla yekunlaşıb

BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Kukla Teatrı IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı çərçivəsində Ankarada səfərdədir. Festival proqramına uyğun olaraq aprelin 25-də Ankaradakı “Cermodern” konsert mərkəzində Kukla Teatrı təmsilçilərinin təqdimatında “Cırtdanın Türkiyədə macəraları” tamaşası göstərilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “anşlaqla keçən nümayişin tamaşaçıları arasında tanınmış ictimaiyyət nümayəndələri, mədəniyyət sahəsi mütəxəssisləri ilə yanaşı, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri, tanınmış alim, ictimai xadim Aygün Attar da olub. Birpərdəli uşaq tamaşasının ideya və quruluş müəllifi Saida Haqverdiyeva, səhnə tərtibatçısı İqbal Əliyevdir. Milli musiqilərlə zəngin səhnə işində obrazları Elnur Abbasquliyev, Rəhim Rəhimov, Səriyyə Mansurova, Aygül AğayevaCavid Telman canlandırıblar”.

Daha sonra xəbərdə, “ana ideyası türkiyəli teatrsevərlərə Azərbaycan milli nağıl personajlarını təqdim etməklə müxtəlif kukla oyun üslublarının təqdimatı olan səhnə işi Azərbaycan musiqi əsərlərinin müşayiəti ilə daha da yaddaqalan olub. Nümayişin ardınca festival təşkilatçıları Azərbaycan təmsilçilərinə festivalda iştirak üçün təşəkkür edərək fəxri diplom təqdim ediblər”deyə bildirilir.

Qeyd edək ki, beynəlxalq festivalda Kukla Teatrının kollektivi ilə yanaşı, Türkiyə, Özbəkistan və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin teatr sənəti ustaları da iştirak edib.

Ankarada başlayan sənət bayramı daha sonra Azərbaycanda (28-30 aprel) və Özbəkistanda (2-5 may) davam edəcək.

Tədbirin bağlanış ünvanı isə bu dəfə Kuzey Kıbrıs Türk Cümhuriyyətidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.