BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) 30-cu ildönümü İraqın Kərkük şəhərində təşkil edilən mərasimlə qeyd olunub.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildiirlib ki, “mərasimdə İTC sədri Mehmet Seman Ağa, yerli rəsmilər, İTC-nin sədr müavinləri, siyasi büro üzvləri və çoxlu sayda vətəndaş iştirak edib. M.S.Ağa çıxışında 30 il əvvəl Ərbil şəhərində yaradılan İraq Türkmən Cəbhəsinin İraqın birliyini və ərazi bütövlüyünü müdafiə prinsipini qəbul etdiyini bildirib”.
Məlumata görə, M.S.Ağa qeyd edib ki, digər siyasi partiyalar, xüsusilə İraqın son 22 ildə keçdiyi ən çətin dövrlərdə fərqli siyasi layihələrlə önə çıxsalar da, ITC həmişə milli layihə ilə addımlar atıb: “İTC-in İraqda sabitliyi və birliyi müdafiə edən ən yaxşı tərəf olduğunu” deyən M.S.Ağa dünən olduğu kimi bu gün də bu prinsipdən güzəştə getməyəcəyini vurğulayıb”.
İlk şərhi yaza bilərsiniz