BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatar son vaxtlar rum tərəfindən səslənən bəzi fikirlərə sərt reaksiya verib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Denizli Biznesmen və Sənətkarlar Odaları Birliyinin təşkil etdiyi yığıncaqda çıxış edən KKTC Cümhurbaşqanı Ersin Tatar Kıbrısın Rum Administrasiyasının rəhbəri Kristodulidesin bəzi xoşagəlməz fikirlərini cəfəngiyat adlandırib: “Ersin Tatar “Kıbrıs kıbrıslılara məxsusdur, Türkiyə buranı tərk edəcək” ifadələri cəfəngiyyatdır” deyib”.
E.Tatar hətta Kristodulidesə ağır mesajlar ünvanlayıb: “Sən kimsən, ay adam, Sən kimsən ki, Türkiyə Cümhurbaşqanına qarşı ifadələr işlədirsən”.
Ersin tatarın çıxışı iştirakçıların alqışları ilə dəstəklənıb.
İlk şərhi yaza bilərsiniz