BAYRAQDAR MEDİA – Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, Azərbaycan bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
İlk şərhi yaza bilərsiniz