Zaur İbrahimli: Bu birliyin mərkəzində Azərbaycanın dayanması bizə qürur verir
BAYRAQDAR MEDİA – “Azərbaycan Vətəndaş Cəmiyyəti üçün tarixi gündür. Çünki Bakı Qlobal Cənub QHT Platformasının təsis konfransına ev sahibliyi edəcək. Aprelin 28-də Azərbaycan paytaxtında Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilir”.
Bunu “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli deyib.
O, qeyd edib ki, bütün Qlobal Cənub tarixi hadisəni gözləyirdi: “Bu tədbir Azərbaycanın QHT sektorunda məhsuldar təşəbbüslərin müəllifi kimi ön sırada olduğunu bir daha təsdiqləyir. Çünki Azərbaycanın ev sahibliyi etdiyi bu təşəbbüsün reallaşması nəticəsində Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionları, bu regionların aparıcı QHT-ləri bir araya gəlir. Bir sözlə, dünya ölkələrinin üçdə ikisini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyəti Bakıda öz birliyini nümayiş etdirəcək. Bu birliyin mərkəzində Azərbaycanın dayanması isə bizə qürur verir”.
İlk şərhi yaza bilərsiniz