Press "Enter" to skip to content

“Atatürkün şəhəri” Samsunda Azərbaycan rüzgarı

Festival zamanı

Türk Dünyası Uşaq Festivalında Azərbaycanı Bakı Atatürk Liseyi təmsil edib

BAYRAQDAR MEDİA – Ötən həftə Türkiyənin anlamlı yerlərindən biri, daha çox “Atatürkün şəhəri” kimi tanınan Samsun türk dünyası üçün yaddaqalan bir tədbirə ev sahibliyi edib. Belə ki, 20-24 aprel tarixləri arasında Samsunda Türk Dünyası Uşaq Festivalı keçirilib.

Festivaldan xatirə fotosu
Festivaldan xatirə fotosu

Türkiyədə “Ailə İli” çərçivəsində keçirilən festivala 12 ölkədən 144 iştirakçı qatılıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Samsun Valiliyi, Türk Dünyası Araşdırmaları Vəqfi, Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA), Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Türk Dünyası Uşaq Festivalında nümayiş olunan xalq oyunları yüksək qiymətləndirilib.

Yusif Muxtarlı
Yusif Muxtarlı

Qeyd edək ki, Azərbaycanı bu festivalda Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi təmsil edib. Liseyin 5-ci sinif şagirdi Yusif Muxtarlı Samsunda yerli mediaya açıqlamasında Azərbaycanı Türkiyədə təmsil etməkdən çox xoşbəxt olduqlarını deyib: “Azərbaycana xas milli rəqslərimizi ifa etdik.Qafqaz melodiyalarının da yer aldığı bu tamaşaya uzun müddət hazırlaşdıq. Bu festival sayəsində mədəniyyətimizi tanıtdıq, yeni dostluqlar qurduq və unudulmaz xatirələr yaratdıq. Bizə bu imkanı yaradan hər kəsə təşəkkür etmək istəyirəm” deyib.

Bağlanış mərasimi
Bağlanış mərasimi

Liseyin şagirdlərinin təqdim etdikləri rəqs və mahnılar böyük coşu ilə qarşılanıb. Necə deyərlər festivalda Azərbaycan rüzgarı əsib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.