Press "Enter" to skip to content

Ağacları kəsən şirkət cəzalandırılıb

Ağacları kəsən şirkət cəzalandırılıb

BAYRAQDAR MEDİA – 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 26 aprel 2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində “Ailə park” MTK tərəfindən aparılan söküntü işləri zamanı 15 ağac və kol bitkisinin kəsildiyi və təbiətə 13 min 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “İdarənin rəisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır: “Kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün “Ailə park” MTK-ya tapşırıq verilib””.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.