Almatı şəhərində Orta Asiya-Çin Xarici İşlər Nazirlərinin 6-cı Görüşü keçirilib
BAYRAQDAR MEDİA – Qazaxıstanın Almatı şəhərində Orta Asiya və Çin Xarici İşlər Nazirlərinin 6-cı Görüşü keçirilib. Görüşdə bu il Astanda keçiriləcək 2-ci Orta Asiya-Çin Dövlət Başçıları Sammitinə hazırlıq məsələləri müzakirə edilib.
Bu barədə giynikgazetesi.com saytı məlumat yayıb.
Bildirilib ki, “Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleunun ev sahibliyi etdiyi toplantıda Çinin dövlət müşaviri və xarici işlər naziri Vanq Yi, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov, Türkmənistandan adı açıqlanmayan nümayəndə və iclasın katibi iştirak edib”.
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi saytında verilən məlumata görə, görüşdə regionda siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı, təhdidlərlə birgə mübarizə, davamlı inkişaf və ekoloji təhlükəsizlik məsələləri müzakirə edilib: “Bundan əlavə, Orta Asiya və Çin arasında qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanan çoxtərəfli əməkdaşlıq təklifləri müzakirə edilib”.
İlk şərhi yaza bilərsiniz