Azər Allahverənov: Bu, Azərbaycanın qlobal məkanda QHT sektorunun bir araya gəlməsində əsas təşəbbüskarlardan biri olduğunu növbəti dəfə nümayiş etdirir
BAYRAQDAR MEDİA – “Aprelin 28-də Bakı Konqres Mərkəzində Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi tarixi hadisədir”.
Bunu BAYRAQDAR MEDİA-ya əzl açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, millət vəkili Azər Alllahverənov deyib.
O, qeyd edib ki, bu addım bir daha Azərbaycanın digər sahələrdə olduğu kimi QHT sahəsində də öndə getdiyini təsdiqlədi: “Bu eyni zamanda, Azərbaycanın qlobal məkanda QHT sektorunun bir araya gəlməsində əsas təşəbbüskarlardan biri olduğunu növbəti dəfə nümayiş etdirir. Digər tərəfdən Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının aydın təzahürüdür”.
Millət vəkili, həmçinin “vətəndaş cəmiyyəti institutlarını, QHT ictimaiyyətini bu möhtəşəm tədbir münasibətilə səmimi qəlbdən təbrik edir, dəstək olan və zəhməti keçən hər bir quruma və şəxsə dərin təşəkkürümü bildirirəm” deyib.
İlk şərhi yaza bilərsiniz