Press "Enter" to skip to content

Yozgatın “Barmaq çörəyi” dünyada tanınır

Barmaq çörəyi

BAYRAQDAR MEDİA – Anadolunun qədim şəhərlərindən biri olan Yozgat təkcə tarixi və təbii gözəllikləri ilə deyil, özünəməxsus yerli ləzzətləri ilə də diqqət çəkir. Bu ləzzətlərdən ən əhəmiyyətlisi “Barmaq çörəyi”dir.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Bildirilib ki, “uzun illər Yozgat mətbəxinin vazkeçilməz hissəsi olan barmaq çörəyi həm yerli əhalinin, həm də şəhərə gələn turistlərin sevimli yeməyinə çevrilib. Adını formasına görə alan barmaq çörəkləri xəmirin barmaq qalınlığında zolaqlara kəsilərək diqqətlə düzülməsi ilə hazırlanır. Adətən un, qatıq, yağ və maya kimi əsas maddələrlə hazırlanan bu çörək, istəyə görə üzərinə qara zirə və küncüt səpilərək sobada qızılı rəng alana qədər bişirilir”.

Məlumata görə, həm duzlu, həm də bir az şirin variantları olan barmaq çörəyi, xüsusilə səhər yeməyi süfrələrinin və qonaqların əvəzolunmaz məhsulu kimi tanınır: “Buradan barmaq çörəyi alıb başqa şəhərlərə, xüsusən də Ankara və İstanbula aparanlar var”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.