Press "Enter" to skip to content

Vergi ödəyicilərinin müraciətləri diqqətdə saxlanılır

Vergi ombudsmanına 88 vergi ödəyicisi tərəfindən müraciət ünvanlanıb

BAYRAQDAR MEDİA – Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, eləcə də bu istiqamətdə onlardan təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi məqsədilə müxtəlif tarixlərdə Sumqayıt, Lənkəran, Gəncə, Bakı, Naxçıvan və Ordubad şəhərlərində görüşlər keçirilib. 2024-cü ilin aprel-dekabr ayları ərzində aparılmış qiymətləndirmə və təhlillərin nəticələri əsasında 6 istiqamət üzrə şikayətləri yaradan səbəblər müəyyən edilib, bu istiqamətlərdə araşdırma aparılaraq təklif və tövsiyələr hazırlanıb. Həmçinin, vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından Dövlət Vergi Xidmətində həyata keçirilən proseslər üzrə təhlillər aparılıb və həmin proseslərin keyfiyyətinin monitorinqinin həyata keçirilməsi istiqamətində işlər görülərək təklif və tövsiyələr hazırlanıb”.

Məlumata görə, vergi ombudsmanına 88 vergi ödəyicisi tərəfindən müraciət ünvanlanıb: “Müraciətlərin araşdırılması zamanı 7 vergi ödəyicisi üzrə hüquq pozuntusu müəyyən olunmayıb, 4 vergi ödəyicisirəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilib. Vergi ödəyicilərinin hüquqlarının pozulduğu hallar üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib və həmin tövsiyələrdən 27-i nəzərə alınaraq vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa olunub.Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi, vergi ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.