Press "Enter" to skip to content

Tuzluca Göy qurşağı təpələri ziyarətçiləri valeh edir

Göy qurşağı təpələri

BAYRAQDAR MEDİA – İğdırın Tuzluca rayonunda yerləşən və təbii gözəllikləri ilə tez-tez adı çəkilən Göy qurşağı təpələri yazın gəlişi ilə rəngarəng mənzərəsi ilə göz oxşayır.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, “fərqli mineralların əmələ gətirdiyi təbəqələr sayəsində göy qurşağının yeddi rəngini xatırladan bu bənzərsiz təpələr xüsusilə fotoqrafiya həvəskarları və təbiətsevərlər üçün füsunkar mənzərələr təqdim edir. Yaz aylarında yaşılın minlərlə çalarının üstünlük təşkil etdiyi bölgədə Göy qurşağı təpələrinin qırmızı, sarı, qəhvəyi və narıncı torpaq tonları vizual ziyafət yaradır”.

Məlumata görə, ziyarətçilər bu təbii sənət əsərini yaxından görmək və unikal fotoşəkillər çəkdirmək üçün Tuzlucaya axın edirlər: “Yerli əhali bu təbii gözəlliyi qorumaq və turizmə gətirmək üçün çalışır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.