Press "Enter" to skip to content

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə yekunlaşıb

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri böyük təntənə ilə yekunlaşıb

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda ilk dəfə keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “aprelin 24-də K.Moldobasanov adına Qırğız Milli Konservatoriyasında Azərbaycan incəsənət ustalarının təqdimatında caz musiqisi axşamı keçirilib. Konsertdən öncə çıxış edən Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Timurlan Ajımaliyev mədəniyyət günlərinin uğurla reallaşması münasibətilə Azərbaycan nümayəndə heyətini təbrik edib. O, qarşılıqlı mədəniyyət günlərinin qardaş xalqları daha da yaxınlaşdırdığını bildirib. Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov tədbirlərin yüksək səviyyədə keçirilməsinə görə Qırğızıstan hökumətinə və tamaşaçılara minnətdarlığını bildirib. Azərbaycanın Bişkekdəki səfiri Lətif Qəndilov Azərbaycan və Qırğızıstan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, iki ölkənin liderləri qardaş xalqların birliyi və bərabərliyi üçün böyük səy göstərirlər. Səfir Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qardaş ölkənin rəhbərliyinə təşəkkür edib”.

Daha sonra xəbərdə, “çıxışlardan sonra səhnə Azərbaycan musiqiçilərinin ixtiyarına verilib. Cazmenlər Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas-gitara) və Eyvaz Həşimov (zərb aləti) A.Məlikovun “Güllərim”, T.Quliyevin “Sən mənimsən” və “Qəmgin mahnı”, D.Reevesin “Tango”, E.Məmmədzadənin “Mikayılın rəqsi”, J.Bizenin “Karmen” operasından musiqi, V.Mustafazadənin “Bahar” əsərlərini və “Yallı” Azərbaycan xalq rəqsini yüksək peşəkarlıqla ifa ediblər. Musiqiçilərin məharətli çıxışı Azərbaycan caz sənətinin köklü ənənələri olduğunu tamaşaçılara nümayiş etdirib. Filarmoniyanın zalını dolduran tamaşaçılar konsertdən böyük zövq alıblar. Onlar bunu davamlı alqışları ilə də nümayiş etdiriblər. Bununla da, ulu türk yurdu Qırğızıstanda dörd gün davam edən Azərbaycan Mədəniyyəti Günləri rəngarəng proqramı ilə qardaş xalqın yaddaşında silinməz iz qoyub” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.