Press "Enter" to skip to content

“MÜSİAD Azərbaycan” daha bir maraqlı tədbirə imza atır

BAYRAQDAR MEDİA – “MÜSİAD Azərbaycan” daha bir maraqlı tədbirə imza atır. Belə ki, İctimai Birliyinin İstehsal və Ticarət Komissiyasının təşkilatçılığı ilə aprelin 28-də JW Marriott Absheron Baku otelində “VI Müstəqil İş Adamları Görüşü” olacaq.

Bu barədə “MÜSİAD Azərbaycan”ın məlumatında qeyd edilib.

Məlumata görə, görüş yerli sahibkarlar arasında B2B formatında birbaşa tanışlıq, əməkdaşlıq imkanlarının müzakirəsi, yeni biznes əlaqələrinin qurulması və mövcud ticarət münasibətlərinin inkişafı məqsədilə təşkil olunur.

Tədbirdə ümumilikdə 250 nəfər sahibkarın tədbirdə iştirakı planlaşdırılıb.

Tədbirdə iştirak etmək üçün bu link vasitəsilə qeydiyyat keçmək olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.