Press "Enter" to skip to content

Karsda otlaqlar qiymətləndirilib

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Kars Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi və İl Müdiri Enver Aydının başçılığı ilə əhəmiyyətli bir qiymətləndirmə toplantısı keçirilib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, yığıncağa çoxlu sayda kənd muhtarları qatılıb: “Otlaqların örüşə açılması ilə çobanların rifah halının yüksəldilməsi üçün sahədə yaşanan problemlər, həlli təklifləri və tələbləri müzakirə edilib. Xüsusilə çobanların məişət şəraitinin yaxşılaşdırılması üçün “çoban evlərinə” ehtiyacın aktuallığı vurğulanıb”.

Məlumatda deyilir ki, görüşdə muxtarlar sahədə yaşanan problemləri dilə gətirib, çoban evləri ilə birlikdə sığınacaq, işıq, su kimi əsas ehtiyacların ödənilməsinin rayonda heyvandarlığa böyük töhfə verəcəyini bildiriblər: “İl Müdirliyi səlahiyyətliləri yığıncağın sonunda həll yönümlü yol xəritəsi hazırlanacağını və müvafiq qurumlarla koordinasiyalı olaraq lazımi addımların atılacağını bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.