BAYRAQDAR MEDİA – Aprelin 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlüyünə növbəti seçki keçirilib.
Dövlət Komitəsinin məlumatına əsasən seçkinin təşkili məqsədilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb və seçkinin keçiriləcəyi ilə bağlı elan verilib. İctimai şuraya üzv olmaq üçün 14 nəfərin namizədliyi təsdiq edilib. Seçki Komissiyasının protokoluna əsasən, şuraya üzvlüyün say həddi 7 olaraq təsdiq edilib.
Beləliklə, namizədliyi qeydə alınmış şəxslərdən ən çox səs toplamış 7 nəfər İctimai şuraya üzv seçilib.
Nəticədə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın tərkibi aşağıdakı kimi formalaşıb:
1. Firuzə Rəsulova – “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi;
2. Qəmərxanım Cavadlı – Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini;
3. Müslüm Məmmədov – “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyi;
4. Məryəm Məcidova – “Gender Hub’’ İctimai Birliyi;
5. Şəmil Sadiq – “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi;
6. Ülvi Əliyev – “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyi;
7. Venera Əsgərova – “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi.
İlk şərhi yaza bilərsiniz