Press "Enter" to skip to content

Fərid Qayıbov CEV Prezidenti ilə görüşüb

Fərid Qayıbov CEV Prezidenti ilə görüşüb

BAYRAQDAR MEDİA – Aprelin 25-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Voleybol Konfederasiyasının (CEV) Prezidenti Roko Sikirici qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan ilə CEV arasında əməkdaşlıq əlaqələri, voleybolun inkişaf perspektivləri və birgə layihələr müzakirə olunub. Tərəflər gələcək əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov və Avropa Voleybol Konfederasiyasının İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.