BAYRAQDAR MEDİA – Uzun müddətdir sərgilənməyən Mustafa Kemal Atatürkün şəxsi əşyalarından ibarət kolleksiya Eskiehirdə növbəti dəfə ictimaiyyətə təqdim edilib. Proses Anadolu Universitetinin təşəbbüsü ilə unibversitetin Respublika Tarix Muzeyində reallaşıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “təxminən iki il sərgilənə bilməyən bu qiymətli əşyalar ciddi hazırlıq prosesindən sonra yenidən ictimaiyyətə təqdim olunub. İlk dəfə 13 may 1970-ci ildə Anıtkabir Muzeyindən Eskişehir Arxeologiya Muzeyinə göndərilən bu nadir əsərlər əldə edilən razııaşmaya əsasən Anadolu Universiteti Respublika Tarix Muzeyində sərgilənməyə başlayıb. Ziyarətçilərin böyük marağına səbəb olan sərgidə Atatürkə aid köynəklər, ayaqqabılar, dəsmallar, çubuqlar, fincanlar və yemək dəstləri ilə yanaşı, silahlar da yer alır”.
Məlumata görə, kolleksiyada diqqət çəkən məqamlardan biri Hüseyn Tahirzadənin imzası olan rəsm əsəridir: “100-dən çox əsərdən ibarət topluda Cümhuriyyət dövrünün tarixi ab-havasını əks etdirməklə yanaşı, Atatürkün həyatından parçalar təqdim olunur”.
İlk şərhi yaza bilərsiniz