Əkbər Qoşalı: Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın Güney Qafqaz-Orta Asiya-Çin üçbucağında “altun stabillik körpüsü” rolu oynadığını nümayiş etdirir
BAYRAQDAR MEDİA – “Azərbaycanın həm Avropa enerji təminatçısı kimi, həm də Türk Dövlətləri Təşkilatının fəal üzvü kimi artan rolunu Çin də qiymətləndirir. Əslində, Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanın Güney Qafqaz-Orta Asiya-Çin üçbucağında “altun stabillik körpüsü” rolu oynadığını nümayiş etdirir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.
O, qeyd edib ki, Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız rejim tətbiq etməsi, əslində, bölgədə nadir diplomatik jestlərdən biridir: “Beləliklə, Azərbaycan Prezidentinin Çinə son səfəri iki ölkə arasında münasibətləri yalnız statistik göstəricilərlə deyil, dərin strateji baxış və hədəflə inkişaf etdirməyə yönəlmiş ardıcıl siyasətin növbəti uğurlu mərhələsidir. Bu səfər göstərdi ki, Azərbaycan artıq yalnız bölgəsəl aktor deyil – o, Avrasiyanın yeni logistika, enerji (o cümlədən yaşıl enerji) və işbirliyi matrisi içində açar funksiyası daşıyan bir mərkəzdir. Naxçıvanla Urumçinin rəsmən qardaşlaşmış şəhərlər olması isə könlümüzə xitab edən, üstün – deyərdim, siyasətüstü bir hadisə oldu”.
İlk şərhi yaza bilərsiniz