Press "Enter" to skip to content

Binəqədidə oğurluq edən şəxslər tutulub

Binəqədidə oğurluq edən şəxslər tutulub

BAYRAQDAR MEDİA – Binəqədi rayonu ərazisində bir nəfərə məxsus “BYD” markalı avtomobildən içərisində 2 min 852 manat olan pulqabı və mobil telefon oğurlanıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı T.Salahov saxlanılıb. Rayon ərazisində daha bir analoji hadisə qeydə alınıb. Aprelin 24-nə keçən gecə bir nəfərə məxsus “VAZ-2107” markalı avtomobildən 750 manat dəyərində maqnitofon və 4 səsgücləndirici oğurlayan, əvvəllər məhkum olunmuş 35 yaşlı N.Vəliyev də saxlanılıb”.

Bundan başqa, Nəsimi və Nərimanov rayonlarında 2 nəfərə məxsus velosipedləri qaçırmaqda şübhəli bilinən 47 yaşlı Ə.Məşədiyev və 16 yaşlı yeniyetmə saxlanılıb.

Araşdırmalar aparılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.