Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistana məxsus ticarət pavilyonlarının, həmçinin Türk Obasının təntənəli açılış mərasimi keçiriləcək
BAYRAQDAR MEDİA – Aprelin 25-də türk dünyasının ürəyi yenə də Azərbaycanda, Bakıda döyünəcək. Belə ki, Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistana məxsus ticarət pavilyonlarının və Türk Obasının təntənəli açılış mərasimi olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya “Okuklu Holdinq” şirkətindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı zəngin bir proqram tərtib edilib: “Həmin proqrama əsasən öncə türk dövlətlərinə məxsus ticaret pavilyonlarının rəsmi açılış mərasimi olacaq. Daha sonra qonaqlara konsert proqramı təqdim ediləcək. Proqrama həmçinin atıcılıq mərkəzinin açılışı, nümunəvi çıxışlar, milli evlərin (yurtların) ziyarəti də daxildir”.
Məlumatda o da qeyd edilib ki, bu əlamətdar tədbir türk xalqları arasında iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
İlk şərhi yaza bilərsiniz