Press "Enter" to skip to content

Azərbaycan hərbçiləri “KURTARAN-2025”də iştirak edəcək

BAYRAQDAR MEDİA – Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “təlimlərdə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub. Təlimlər zamanı, həmçinin, “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb”.

Məlumata görə, plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.