BAYRAQDAR MEDİA -69-cu Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan adından xalları məşhur ifaçı Safura Əlizadə elan edəcək. O, müsabiqənin ən həyəcanlı anlarından biri sayılan xalvermə mərasimində Azərbaycan münsiflərinin səslərini canlı yayımda təqdim edəcək.
Xəbər BAYRAQDAR MEDİA-ya İTV-nin mətbuat xidmədindən daxil olub.
Xəbərə əsasən, “Safura Əlizadənin bu dəfə xal təqdimatçısı qismində Avroviziya səhnəsinə qayıdışı onun bu müsabiqə ilə bağlarını və sənət yolunda sabitliyini nümayiş etdirir. Bu, ifaçının bu rolda ilk çıxışı deyil – o, 2010 və 2012-ci illərdə də Azərbaycan adından xalları təqdim etmişdi”.
Qeyd edilib ki, “Safura Əlizadə 2010-cu ildə Norveçin Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində “Drip Drop” adlı mahnısı ilə 5-ci yerə layiq görülmüşdü. Bu il isə müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir və Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir. Final mərhələsi 17 may 2025-ci ildə keçiriləcək və milyonlarla tamaşaçı bu həyəcanlı anlara canlı şahid olacaq”.
İlk şərhi yaza bilərsiniz