BAYRAQDAR MEDİA – İstanbulda mərkəzi Mərmərə dənizində baş verən ardıcıl zəlzələlərdən sonra şəhərdə böyük çaxnaşma yaşanıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “şəhərdə artçı təkanlar davam etdiyi üçün vətəndaşlar sürətlə İstanbulu tərk etmək üçün yollar axtarmağa başlayıblar. Səhər saatlarında mövcud olan İstanbul-Eskişehir qatar biletləri zəlzələlərdən sonra tamamilə satılıb. Bəzi qatarlarda yalnız əlil arabaları üçün ayrılmış oturacaqlar boş qalıb”.
Məlumata görə, zəlzələ Eskişehirdə də panikaya səbəb olub.
İlk şərhi yaza bilərsiniz