Press "Enter" to skip to content

Yeni Klinikada təlimlərə başlanılıb

Təlimlər zamanı

BAYRAQDAR MEDİA – Yeni Klinikada tibbi personal üçün təlimlər başalyıb. Təlimlər TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində reallaşır.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “ilk təlim mərhələsində xəstələrə qulluq və tibb bacısı xidmətinin dəstəklənməsi modulu üzrə sessiyalar olub. 12 həkim və 60 tibb bacısının cəlb olunduğu təlimdə Almaniyadan gəlmiş yüksəkixtisaslı mütəxəssislər tərəfindən nəzəri və praktiki biliklər təqdim olunub. Təlim proqramı çərçivəsində “Sana” klinikasının Tibb bacısı akademiyasının direktoru Jörg Noll, klinikanın terapiya komandasının üzvü Reinhold Angerer, Xidmət komandasının üzvü İndat Tas, xəstə xidmətləri komandasının üzvü Marie Beinert sahə üzrə mühüm praktik mövzular üzrə təlimlər keçib, iştirakçıları pasiyent baxımında müasir yanaşmalar baxımından yeniliklərlə tanış ediblər”.

Məlumata görə, təlimlər zamanı iştirakçılar “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və cərrahi müdaxilə”, “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və konservativ müalicə”, həmçinin “Pasiyent yolu: təcili qəbul və sonrakı müalicə” kimi mühüm mövzular üzrə bilik və bacarıqlarını artırıblar: “Qeyd edək ki, təlimlərdən öncə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin əməkdaşları və “Sana” klinikasının ekspertlərinin iştirakı ilə Yeni Klinikada şöbələrə baxış keçirilib. Həmçinin onlar personalın iş rejimi ilə tanış olub və əməkdaşların təlim ehtiyaclarını öyrənib və bu ehtiyaclar əsasında müvafiq təlim modulları və metodikası hazırlanıb. Məlumat üçün bildirək ki, bu kimi təlimlər tibbi xidmətlərin davamlı inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə həyata keçirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.