Press "Enter" to skip to content

Xərçəngi aşkarlaya bilən süni intellektlə hazırlanmış qan testi sınaqdan keçiriləcək

Xərçəngi aşkarlaya bilən süni intellektlə hazırlanmış qan testi sınaqdan keçiriləcək

BAYRAQDAR MEDİA – Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) xərçəngin növünü simptomlar görünməzdən əvvəl aşkar edə bilən süni intellektlə hazırlanmış qan testini sınaqdan keçirməyə hazır olduqlarını açıqlayıb.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.

Təxminən 8 min xəstə üzərində aparılacaq klinik sınaqda ‘miONCO-Dx’ adı verilən testdə şişlərdən qana qarışan kiçik genetik material parçaları araşdırılacaq. Bildirilib ki, bu günə qədər 20 min insan üzərində aparılan sınaqlarda xərçəngin aşkarlanması və bədəndəki yerini təyin etmək üçün test 99 faiz dəqiqliyə çatıb.

Cəmi 10 damcı qanla edilən test ağciyər, mədə, prostat, yemək borusu, qaraciyər, sidik kisəsi, yumurtalıq, bağırsaq, mədəaltı vəzi və döş xərçəngi kimi 12 ümumi xərçəng növünü, həmçinin sümük, yumşaq toxuma sarkomalarını və bəzi beyin şişlərini aşkar edə bilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.