BAYRAQDAR MEDİA – Türk Qızıl Ay Cəmiyyəti aprelin 23-də İstanbulun bütün rayonlarında və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən sonra toplanma yerlərinə köçən vətəndaşlara iaşə vasitələri və qrupları ilə qida dəstəyi verib.
Bu barədə gazeterize.com saytı məlumat yayıb.
Bildirilib ki, “Türk Qızıl Ay Cəmiyyəti zəlzələnin ilk anından mindən çox könüllü və işçisi və 65 iaşə maşını ilə bu sahədə xidmət göstərib. Mərmərə dənizinin Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələdən dərhal sonra baş verən hadisələrin ardınca Türk Qızıl Ayı Fəlakətlərə Müdaxilə Mərkəzi və şöbələri vasitəsilə qruplarını sahəyə göndərib”.
Daha sonra, “aprelin 23-ü saat 18:00-a olan məlumata görə, İstanbulun hər yerində mindən çox işçi və könüllü və 65 səyyar iaşə maşını növbə çəkir. Təhlükəsizlik səbəbilə evlərinə girə bilməyən vətəndaşlara şorba, ərzaq bağlamaları, isti və soyuq içkilər və su paylayır” deyə qeyd edilib.
İlk şərhi yaza bilərsiniz