Press "Enter" to skip to content

“Strateji səbir siyasəti”nin bəhrəsi

Əkbər Qoşalı

Əkbər Qoşalı: Azərbaycanın daxili siyasətində geoiqtisadi sabitliyin qorunması və sərhəd infrastrukturunun inkişafı Çinin maraqları ilə üst-üstə düşür

BAYRAQDAR MEDİA – “Azərbaycan Prezidenti İlham Əliyevin Çinə aprelin 22-də başlayan və aprelin 23-də önəmli sənədlərin imzalanması ilə tarixi səciyyə qazanan səfəri təkcə iki ölkə arasındakı iqtisadi-ticari münasibətlərin inkişafı baxımından deyil, həm də Avrasiya məkanında formalaşan yeni geostrateji arxitekturanın bir parçası kimi qiymətləndirilməlidir. Bu səfər Orta Asiya ilə Avropa Birliyi arasında yeni koordinat sisteminin cızıldığı bir dönəmdə reallaşır və Asiya ilə Avropa arasında qovşaq funksiyası daşıyan Azərbaycanın “oyun quran ölkə” kimi mövqeyini bir daha təsdiqləyir”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Çinə öncəki səfərləri – özəlliklə 2015-ci ildə “Bir kəmər, bir yol” təşəbbüsünün ilkin mərhələsində Pekindəki Forumda iştirakı və 2019-cu ildə 2-ci Forumda çıxışı – bu gün baş verənlərin riyazi davamı deyil, məntiqi inkişafıdır: “Liderlər arasında müxtəlif beynəlxalq platformlarda reallaşan görüşlərdə, məsələn, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında ikitərəfli əlaqələrin inkişafı daim gündəmdə olub. Bu ardıcıllıq Azərbaycanın Çinin Güney Qafqazda etibarlı tərəfdaşına çevrildiyini göstərir və necə deyərlər, bir növ “strateji səbir siyasəti”nin bəhrəsidir”.

Əkbər Qoşalı deyib ki, Çin-Azərbaycan münasibətləri kontekstində Zəngəzur dəhlizi də strateji faktora çevrilməkdədir: “Təqribən 44 kilometrlik dəhliz həm daha böyük – “Orta Dəhliz”in tam işlək olmasını təmin edə, həm də Çinin Avropaya quru nəqliyyat çıxışına yeni səmərəli alternativ ola bilər. Bu baxımdan Azərbaycanın daxili siyasətində geoiqtisadi sabitliyin qorunması və sərhəd infrastrukturunun inkişafı Çinin maraqları ilə üst-üstə düşür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.