BAYRAQDAR MEDİA – Sərfəli mobil operator “Nar” 28 aprel tarixində Bakı Kristal Zalında baş tutacaq “OneRepublic” konsertinin əsas dəstəkçisi olaraq, musiqi həvəskarlarını sevindirəcək. Musiqi və əyləncə dolu bu tədbirə öz abunəçilərini daha da yaxın etmək məqsədilə “Nar” sosial şəbəkələrdə xüsusi müsabiqəyə başlayıbstart verib.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün sadəcə “Nar”ın rəsmi “Instagram” səhifəsindəki paylaşımın şərh bölməsində dostunu işarələmək kifayətdir: “İştirakçılar arasından 5 nəfər təsadüfi seçimlə qalib müəyyən olunacaq və hər biri 2 nəfərlik pulsuz bilet qazanacaq. Qeyd edək ki, müsabiqə 24 aprel saat 23:59-a qədər davam edəcək. “Nar” gənclərin dinamik həyat tərzinə və musiqi zövqünə uyğun olaraq, texnologiya və əyləncəni bir araya gətirməyə davam edir. Həm musiqi, həm də hədiyyələrlə dolu bu fürsəti qaçırmayın!”
İlk şərhi yaza bilərsiniz