Press "Enter" to skip to content

İstanbulda “Azərbaycan Kino Günləri” olacaq

İstanbulda “Azərbaycan Kino Günləri” olacaq

BAYRAQDAR MEDİA – Azərbaycan Höküməti ilə Türkiyə Höküməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişə əsasən, iki qardaş ölkə arasında kino sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılır. 2025-ci ilin 28 – 30 aprel tarixlərində İstanbul şəhərində “Azərbaycan Kino Günləri” təşkil olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək Kino Günləri zamanı son illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş Azərbaycan filmlərinin nümayişi olacaq. Tədbir çərçivəsində Azərbaycan və Türkiyə film istehsalçıları və mütəxəssisləri arasında görüşlər keçiriləcək, birgə film istehsalı imkanları müzakirə olunacaq”.

Qeyd edək ki, tədbirin açılış mərasimi və filmlərin nümayişi İstanbulda yerləşən Atlas Cinemada və Türkiyənin iki nüfuzlu universitetində həyata keçiriləcək.

Türkiyədə keçiriləcək “Azərbaycan Kino Günləri”ndə Azərbaycan nümayəndə heyəti iştirak edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.