Press "Enter" to skip to content

İşəgötürənlərlə növbəti görüş

Görüş zamanı

Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları getdikcə genişlənir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, TƏBİB, “Euroline” QSC, “Elta Development” QSC və “Safe Point” QSC-nin nümayəndələri iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı Nazirliyin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. Nazir müavini işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu istiqamətdə icra olunan proqramların getdikcə genişləndiyini vurğulayıb”.

Məlumata görə, işğaldan azad olunan bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlərdən bəhs olunub: “Bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması üçün əməkdaşlıq şəraitində görüləcək birgə işlər müzakirə olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.