Press "Enter" to skip to content

Gələcək inkişaf perspektivləri müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı iləAzərbaycan İxracatçılar Klubuna daxil olan Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri, quruma üzv olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizdə sənayenin inkişafı, o cümlədən daha dayanıqlı və çevik sənaye istehsalı modellərinin tətbiqi istiqamətində reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, rəqabətə davamlı və ixracyönümlü tekstil məhsullarının istehsalı, xüsusilə, bu sahədə yüksək əlavə dəyərli məhsul istehsalının genişləndirilməsi əsas hədəflərdəndir. Bu, həm yerli istehsal potensialının artırılması, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından önəmlidir”.

Məlumata görə, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayevölkəmizdə xarici tərəfdaşların iştirakı ilə yeni tekstil müəssisələrinin tikildiyini, eləcə də pambıq klasterlərinin inkişafı üzrə işlərin davam etdirildiyini vurğulayıb: “Bildirilib ki, növbəti dövrlərdə tekstil sənayesini əhatə edən dəstək tədbirlərinin artırılması və vahid ölkə stendi ilə yeni sahəvi sərgilərdə iştirakın təmin olunması nəzərdən keçirilir. Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Fəridə Axundova və Assosiasiyanın üzvləriqurumun fəaliyyəti, sahibkarların ixracla bağlı təklifləri və tekstil sənayesinin gələcək inkişaf perspektivləri barədə çıxış ediblər”.

Tədbirdə tekstil sahəsinin inkişafı ilə bağlı sahibkarların sualları cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.