Press "Enter" to skip to content

Güclü yağış daşqınlara səbəb olub

Sel suları

BAYRAQDAR MEDİA – İğdır və Ağrıda yağan leysan yağışlar kəndlərdə sel və su basmasına səbəb olub. Qruplar Iğdırda bağlı yolları açmaq üçün çalışarkən, sel Ağrıda əkinçilik sahələrinə ziyan vurub, evlər su altında qalıb.

Bu barədə turkgun.com saytı məlumat yayıb.

Bildirilib ki, “komandalar müdaxilələrini davam etdirirlər. İğdırın Tuzluca mahalına bağlı Canderviş, Akdiz, Soğukbulak, Kırkbulak, Karacaören və Kayaören kənd yolları sel sularının daşıdığı palçıq səbəbindən nəqliyyatın hərəkətinə bağlanıb. Qreyder və ekskavatorlarla briqadaların müdaxiləsi nəticəsində bəzi yollarda nəqliyyatın nəzarətli şəkildə həyata keçirilməsinə başlanılıb. Komandalar işlərini davam etdirirlər”.

Məlumata görə, Karacaören kəndində selin gətirdiyi palçıq səbəbindən yol bağlanıb: “Qrupların işi nəticəsində nəqliyyatın hərəkəti bərpa olunub.Ağrıda 2 gündür güclü yağış yağıb. Şiddətli yağış nəticəsində Doğubəyazıt rayonunun Subeşiği və Tutumlu kəndlərində daşqınlar baş verib. Sel kənd təsərrüfatı sahələrinə ziyan vursa da, rayon mərkəzinin Çakıroba kəndində bir evi su basıb. İl Afet və Təcili Yardım Müdirliyi qrupları kəndlərdə iş başlayıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.