BAYRAQDAR MEDİA – Türkiyədə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı günündə Türkiyə Prezident Administrasiyası tərəfindən qurulmuş Uşaq Orkestri və Xor kollektivi ilk konsertini Prezident Kompleksində verib.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “sabah.com.tr” saytı məlumat paylaşıb.
Konserti Türkiyə Prezidenti Recep Tayyib Erdoğan və xanımı Emine Erdoğan da izləyib.
Konsertlə bağlı E.Erdoğan sosial media hesabında paylaşım edib: “Sənətlə tanış olan hər uşaq qəlbinin səsini və cəmiyyətin rəngini öyrənərkən dünyanı da kəşf edir. Prezident Uşaq Orkestri və Xor Kollektivi kimi anlamlı layihələrin ölkəmizin dörd bir yanında çiçəklənməsini, hər bir uşağın sənət vasitəsilə istedadını inkişaf etdirə biləcəyi sahələrə qovuşmasını diləyirəm”.
İlk şərhi yaza bilərsiniz