Press "Enter" to skip to content

Bakı Atatürk Liseyində təhsil almaq istəyənlərin nəzərinə

Bakı Atatürk Liseyi

2025-2026-cı tədris ili üçün imtahanların vaxtı bəlli oldu

BAYRAQDAR MEDİA – Yarandığı gündən türk dünyasına yararlı, bilikli gəncləri yetişdirməyi əsas tutan, onlara il öncə vətənini, bayrağını və xalqını sevməyi öyrədən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi 2024-2025-ci tədris ilini də uğurla başa vurmaqdadır. Lisey eyni zamanda, yeni tədris ilinə hazırlaşır. Elə bu məqsədlə də may ayında liseyin hər iki şöbəsində imtahanlar olacaq.

Belə ki, 2025-2026-cı tədris ilində liseyin 2-ci 3-cü və ya 4-cü sinifində təhsil almaq istəyənlər üçün mayın 17-də saat 11:00-da Nərimonov şöbəsində (Əhməd Rəcəbli 33c) imtahan keçiriləcək.

Zəruri qeyd: 1-ci sinifdə təhsil almaq istəyənlər üçün isə aprelin 1-də artıq birbaşa imtahanlar başlayıb.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, liseyin 5-10-cu siniflərində təhsil almaq istəyənlər üçün isə imtahanlar mayın 18-də saat 11:00-da 28 may şöbəsində (28 may küçəsi 70) keçiriləcək.

Onu da qeyd edək ki, Nərimonov şöbəsindəki imtahanla bağlı ətraflı məlumat alımaq və qeydiyyata düşmək üçün aşağıdakı telefon nömrələri (050) 483 82 22; (012) 310 39 22; (050) 809 82 12, 28 may şöbəsindəki imtahanla bağlı isə (012) 498 02 32 və ya (050) 483 80 22 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.