Press "Enter" to skip to content

Bakı Atatürk Liseyində 23 Nisan coşqusu

Bayram çoşqusu

BAYRAQDAR MEDİA – Aprelin 23-də qardaş Türkiyədə 23 Nisan Ulusal Egemenlik və Çocuk Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Həmin gün Azərbaycanda da çeşidli və yaddaqalan tədbirlər keçirilib.

Əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar məraismi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb
Əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar məraismi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb

Belə tədbirlərdən biri də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində olub.

Yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib
Yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib

Liseydən verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və iki ölkənin dövlət himnlərinin səslənməsindən sonra meydan şagirdlərə verilib.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Günün anlamını ifadə edən yaddaqalan proqram əsasında şagirdlərin ifasında musiqi, rəqs və səhnəciklər təqdim edilib. Həmçinin şagirdlər dahi Mustafa Kamal Atatürkün adını daşıyan bir təhsil ocağında təhsil almağın verdiyi qürur hissindən də bəhs ediblər.

O da bildirilir ki, əllərində Türkiyə və Azərbaycan bayraqları olan uşaqların ifa etdikləri mahnılar məraismi izləyənlərdə xoş əhval-ruhiyyə yaradıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.