Press "Enter" to skip to content

AZAL-dan yayda sərnişinlərə daha geniş səyahət imkanı

AZAL-dan yayda sərnişinlərə daha geniş səyahət imkanı

BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. Aviaşirkət 28 aprel tarixindən Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə – Monteneqronun Tivat şəhərinə bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri həyata keçiriləcək. AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətini daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirmək mümkündür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.