BAYRAQDAR MEDİA – Cari ilin 24 aprel tarixində İtaliyanın paytaxtı Roma şəhərində yerləşən NATO Müdafiə Kollecinin növbəti buraxılışı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçusu polkovnik-leytenant Elnur Xudeynatov 33-cü NRCC Nato Regional Əməkdaşlıq Kursundan müvəffəqiyyətlə məzun olmuşdur. Qeyd edək ki, MN Romada yerləşən NATO Müdafiə Kolleci ilə artıq uzun illərdir əməkdaşlıq edir. Azərbaycan hərbi qulluqçularının bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının bariz göstəricisidir. Bu kollecdən məzun olan zabitlər Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər”.
İlk şərhi yaza bilərsiniz