BAYRAQDAR MEDİA – Türkiyə Yüksek Öğretim Kurulunun (YÖK) sədri Prof. Dr. Erol Özvar və rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də KKTC-yə üç günlük səfər edəcək.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Bildirilib ki, “Milli Təhsil Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində KKTC universitetlərində təhsilin keyfiyyətinin artırılması məqsədilə bir sıra təmasların və qiymətləndirmələrin aparılması planlaşdırılır. Səfər çərçivəsində YÖK sədri Prof. Dr. Erol Özvar və bərabərindəki heyət Cümhurbaşqanı Ersin Tatar, Baş nazir Ünal Üstel, milli təhsil naziri Nazım Çavuşoğlu və YÖDAK prezidenti Prof. Dr. Aykut Hocanı ziyarət edəcək”.
Məlumata görə, səfər çərçivəsində KKTC-nin milli təhsil naziri, YÖDAK prezidenti və bütün universitet rektorlarının iştirakı ilə geniş toplantı keçiriləcək. Bu toplantıda KKTC ali təhsil sisteminin aktual problemlərinin yerində müəyyən ediləcəyi və həll təklifləri ətrafında fikir mübadiləsi aparılacağı bildirilib.
İlk şərhi yaza bilərsiniz