Press "Enter" to skip to content

“Olimpiada Mərkəzi”nin yaradılması nəzərdə tutulur 

Naxçıvan

BAYRAQDAR MEDİA – “2024-2025-ci tədris ilində 11-ci siniflər üzrə buraxılış imtahanlarında 466 şagird 200-dən, 302 şagird 250-dən yuxarı bal toplayıb, 2 nəfər maksimum nəticə əldə edib”.

Bunu Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deyib.

BAYRAQDAR MEDİA-nın məlumatına görə, təhsil naziri diqqətə çatdırıb ki, Azərbaycanın ümumtəhsil məktəbləri 2018-ci ildən PISA Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edir: “Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri də bu il ilk dəfə olaraq bu layihəyə qoşulacaq. Tədqiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur”.

Elxan Nəcəfov qeyd edib ki, şagirdlərin olimpiadalarda iştirakı onların imtahanlara daha yaxşı hazırlanması və motivasiyası baxımından böyük önəm kəsb edir: “Buna görə də istedadlı şagirdlərin fənn olimpiadalarında iştirakına diqqət artırılıb. 2021-2023-cü illərdə keçirilən olimpiadalarda 10 min 34 şagird iştirak etmişdisə, 2023-2025-ci illərdə 45 min 331 məktəbli olimpiadalara cəlb edilib. Cari tədris ilində 18 şagird keçirilən müxtəlif olimpiadalarda yüksək nəticə göstərərək final mərhələsinə yüksəlib.Təhsil naziri olimpiadalara hazırlığın daha mütəşəkkil təşkili məqsədilə atılacaq addımlar barədə də məlumat verərək bildirib ki, muxtar respublikada “Olimpiada Mərkəzi”nin yaradılması nəzərdə tutulur. Bu isə istedadlı gənclərin inkişafına böyük təkan verəcək, onların respublika və beynəlxalq səviyyədə uğurlarını daha da artıracaqdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.