Press "Enter" to skip to content

Millət vəkili Ağsuda ən yüksək bal toplayan şagirdlə görüşüb

Millət vəkili Ağsuda ən yüksək bal toplayan şagirdlə görüşüb

BAYRAQDAR MEDİA – Aprelin 23-də Ağsu Rayon İcra Hakimiyyətində buraxılış imtahanında ən yüksək nəticə göstərən Ağsu rayonu İlxıçı tam orta məktəbin XI sinif şagirdi Rəhimova Xədicə Toğrul qızı ilə görüş keçirilib.

Görüşdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, millət vəkili Elçin Mirzəbəyli, RİH-nin məsul vəzifəli şəxsləri, şagirdin təhsil aldığı məktəbin direktoru və sinif rəhbəri iştirak ediblər.

Qeyd edək ki, respublika üzrə buraxılış imtahanında ən yüksək bal toplayan (300 bal) 20 məktəblidən biri X.Rəhimova olub.

Görüşdə R.Bağırov, E.Mirzəbəyli, RİH-nin məsul vəzifəli şəxsləri X.Rəhimovanı qazandığı uğur münasibəti ilə təbrik ediblər. Görüş zamanı R.Bağırov çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasətindən və bu sahədə gənclərin əldə etdikləri uğurlardan söz açıb. Rayon icra başçısı və millət vəkili buraxılış imtahanında ən yüksək nəticə göstərərək 300 bal toplayan X.Rəhimovaya bu nailiyyəti münasibəti ilə qiymətli hədiyyələr təqdim ediblər və ali təhsil müəssisələrinə qəbul üçün qarşıdan gələn imtahanlarda ona uğurlar arzulayıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.