Press "Enter" to skip to content

Həbsdə olan vəkilin vəziyyəti ağırdır

Tahir Nəqəvi

BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı vəkil Tahir Nəqəvi 2 il öncə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Kəşfiyyat Nazirliyinin təcridxanasında aylarla davam edən sorğu-sual, işgəncə və təkadamlıq kamerada saxlanıldıqdan sonra bədnam Evin həbsxanasına köçürülüb.

Xəbəri “Azad İran” Telegram kanalı yayımlayıb.

Xəbərə əsasən, “hazırda o, “rejim əleyhinə toplaşmaq və sövdələşmə” ittihamı ilə beş illik cəzasının on dördüncü ayını çəkir”.

Bildirilib ki, “fiziki vəziyyətinin ağır olmasına və həbsxanadan kənar xüsusi şəraitdə cərrahiyyə əməliyyatına ehtiyac olmasına baxmayaraq, təhlükəsizlik və məhkəmə orqanları onun müalicəsinə və tibb mərkəzlərinə göndərilməsinə qarşı çıxmaqda davam edir və vəkilin həyatını ciddi riskə atırlar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.