Press "Enter" to skip to content

Havaya normadan artıq tullantı atan restoranlar cərimələnib

Havaya normadan artıq tullantı atan restoranlar cərimələnib

BAYRAQDAR MEDİA – Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neolit City”, “Sapfir”, “Great Events Hall”, “Orion”, “Movida Plaza”, “Afrodita”, “Bibi”, “Venesiya”, “Qəbələ”, “Ada Təpə”, “Maxara”, “Quzu Qabırğası”, “Xan Qızı”, “Səhər Mehi” və “Manqalüstü” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib: “Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür””.

Mətbuat katibi ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.