Press "Enter" to skip to content

Azərbaycanlı rejissorun Bişkekdə ustad dərsi

Azərbaycanlı rejissorun Bişkekdə ustad dərsi

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qırğızıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir. Aprelin 23-də Ç.Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrında Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru, aktyor, pedaqoq Ceyhun Dadaşov tərəfindən ustad dərsi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bilidirlir ki, “ustad dərsində Milli Rus Dram Teatrında fəaliyyət göstərən studiyanın və incəsənət məktəbinin tələbələri, eləcə də teatrın gənc aktyorları iştirak ediblər. C.Dadaşov aktyor sənətinin spesifik xüsusiyyətləri barədə məlumat verib, ifaçılıq manerası ilə bağlı fikirlərini bölüşüb. İnteraktiv formatda keçən dərsdə gənclər səhnədə rejissorun aktyor oyunu ilə bağlı tapşırıqlarını əyani icra ediblər. Pantomimanın ümumi teatr estetikasının tərkib hissəsi olduğunu vurğulayan rejissor onun daha çox hərəkətin dinamikasına əsaslandığını diqqətə çatdırıb. Böyük maraqla qarşılanan ustad dərsinin sonunda Milli Rus Dram Teatrının rəhbərliyi tərəfindən rejissora xatirə hədiyyəsi təqdim olunub”.

Qeyd edək ki, C.Dadaşov 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr kollektivinin rejissoru ixtisası üzrə bakalavr və 2004–2006-cı illərdə isə Teatr rejissoru istiqaməti üzrə magistr pillələrini bitirib. O, 2003-cü ildən 2014-cü ilədək Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzifəsində işləyib, sonra həmin sənət ocağında rejissor kimi fəaliyyət göstərib. C.Dadaşov 2015-ci ildən ADMİU-da aktyor sənəti, səhnə hərəkəti, qılınc təlimi və səhnə döyüşü kimi fənləri tədris edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.