Press "Enter" to skip to content

Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə

Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə

BAYRAQDAR MEDİA – Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “21-23 aprel tarixlərində keçirilən sammitdə Azərbaycanı DTA və Azərbaycan Turizm Bürosu təmsil edib. “Dayanıqlı gələcək üçün əbədi müdriklik” mövzusunda təşkil olunan tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və turizm üzrə ekspertlər tərəfindən qlobal turizmin gələcək inkişafında davamlılıq amilinin əsas istiqamət kimi rolu müzakirə olunub”.

Daha sonra xəbərdə, “Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid hökumətlərarası sessiya çərçivəsində turizmdə idarəetmə və siyasət mexanizmlərinin transformasiyası, innovativ tənzimləyici yanaşmalar və davamlı inkişaf prinsipləri mövzularında çıxış edib” deyə bildirilir.

Tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə ekoloji baxımdan məsuliyyətli turizm məhsullarının inkişafı, mədəni irsin qorunması və icma əsaslı turizm təşəbbüsləri barədə Azərbaycanın mövqeyi təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.