Press "Enter" to skip to content

TDT-dən diqqətçəkən addım

TDT bayrağı

Ağsaqqallar Şurası KKTC-də toplanacaq

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 17-ci Toplantısının Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçiriləcəyini açıqlayıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, görüş 1-2 may 2025-ci il tarixləri arasında Lefkoşada olacaq: “Görüşün tarixi və yeri təşkilatın internet saytında dərc olunub. Sözügedən görüşün vaxtı diqqət çəkib. Görüş bu, quruma üzv olan türk respublikalarının Güney Kıbrıs Rum Administrasiyasına (GKKK) səfir təyin etməsindən və aprelin əvvəlində keçirilən Avropa Birliyi (AB)-Orta Asiya Zirvə Toplantısının yekun bəyannaməsində KKTC ilə bağlı maddənin qəbulundan sonra baş verəcək”.

Məlumata görə, görüşdə KKTC-nin TDT-dəki yeri və bölgədəki strateji mövqeyi bir daha gündəmə gətiriləcəyi gözlənilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.