Press "Enter" to skip to content

“Səyyar DOST” xidmətində yenilik

BAYRAQDAR MEDİA – Sosial sahədə xidmətlərin geniş miqyasda elektronlaşdırılması işləri çərçivəsində həssas qruplara aid vətəndaşların “Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi də artıq elektronlaşdırılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “vətəndaşlar dost.gov.az saytına daxil olaraq “Səyyar DOST” bölməsinə keçid etdikdən sonra açılan pəncərədə sadə müraciət formasını doldurmaqla bu xidmət üçün e-qaydada növbəyə yazıla bilərlər. Məlumatları daxil etdikdən sonra vətəndaşa avtomatik növbə təyin olunur və bu barədə onun mobil nömrəsinə sifariş etdiyi xidmət növü ilə bağlı ətraflı mesaj göndərilir”.

Məlumata görə, “Səyyar DOST” xidməti DOST mərkəzləri tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi məqsədilə lazımi sənədlərin sifarişçidən təhvil alınması və emal edilərək ona təhvil verilməsini nəzərdə tutur: “Bu xidmət üçün e-qaydada növbəyə yazılma imkanının yaradılması vətəndaşların xidmətə əlçatanlığının, xidmətin çevikliyinin, keyfiyyətinin daha da artmasına imkan verir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.