Press "Enter" to skip to content

Millət vəkili vətəndaşları qəbul edib

Qəbul zamanı

BAYRAQDAR MEDİA – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa aprein 21-də Bakı şəhəri, Bakıxanov qəsəbəsində (Sülh küçəsi, 35) növbəti vətəndaş qəbulu keçirib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, qəbulda 26 saylı Sabunçu birinci seçki dairəsinin ərazisində yaşayan sakinlərlə yanaşı digər rayonlardan gələn vətəndaşlar da iştirak ediblər.

Bildirilib ki, “vətəndaşları fərdi şəkildə qəbul edən deputat onları diqqətlə dinləyib, qaldırdıqları məsələlərlə yaxından tanış olub. Qəbul iştirakçlarını narahat edən məsələlər başlıca olaraq məşğulluq, təhsil, sosial müdafiə, vəzifəli şəxslərin fəaliyyətindən narazılıq, əfv və digərlərindən ibarət olub.Qanunvericiliyə uyğun olan məsələlər nəzarətə götürülüb və həlli üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilməsi qərara alınıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.